İngilis dilinin tədrisində kommunikativ qrammatikanın tətbiqi yolları
Filologiya üzrə Fəlsəfə Doktoru Mələk Məmmədova
Bakı şəhəri, vətən müharibəsi qəhrəmanı Azad Hümbətov adına 291 №-li Ekologiya liseyinin ingilis dili müəllimi
email: [email protected]
Xülasə
Məqalə ingilis dilinin tədrisində (X-XI sinif) qrammatikanın tədrisində olan yeni yaşamaların araşdırılmasından bəhs edir. Bu tədqiqatın məqsədi kommunikativ qrammatika tədrisi metodunun şagirdlərin şifahi ünsiyyəti baxımından təsirli olub-olmadığını və bu tədris metoduna münasibətini araşdırmaq olmuşdur. Ümumi təhsil məktəb səviyyəsində şagirdlərin qrammatikaya dair kifayət qədər bilikləri olmasına baxmayaraq, bu dildən real həyat vəziyyətlərində ünsiyyət qurmaq üçün istifadə edə bilmirlər. Tədqiqatın nəticələri qrammatik biliklər üzrə inkişaf dinamikasını təqdim edir və eyni zamanda qrammatikanın şifahi ünsiyyətdə qazanılmasına şagirdlərin müsbət münasibətlərini qeydə alır. Bu araşdırma onu əsas nəticəyə gətirib çıxarır ki, kommunikativ qrammatika tədrisi həqiqətən də şagirdlərin qrammatik səriştələrini təkmilləşdirilməsinə və ondan şifahi ünsiyyətdə səmərəli istifadə etməsinə kömək edir. Bundan əlavə, bu yanaşma şagirdlərin qrammatikanın tədrisndə müxtəlif dil bacarıqları əldə etməsinə səbəb olur. İngilis dilində qrammatik kommunkasiya modeli çərçivəsində müəyyən edilmiş yanaşmaların tətbiqi üçün kifayət qədər üsul və vasitələr vardır. Bununla belə, kommunikativ tədris metodologiyası ilk növbədə nitq bacarığını inkişaf etdirən və təkmilləşdirilmiş nəticələr vəd edən öyrənən əsaslı yanaşmanın nəticəsidir.
Tədqiqatda IX-X 23 nəfər sinif şagirdləri (12 IX sinif, 11 X sinif) və iki müəllim iştirak etmişlər. Məlumatlar sinifdə müşahidələr, müsahibələr, sənəd və qeydlərin toplanması yolu ilə toplanmışdır. Tapıntılar kommunikativ qrammatika üzrə açıqtəlimatının daxil edilməsi oldu. Nəticələr həmçinin göstərdi ki, müəllimlərin kommunikativ qrammatika haqqında nəzəri bilikləri o qədər də effektiv deyil. Nəticələr göstərir ki, müəllimlərin yeni metodları yalnız sinif təcrübələrində anlayır və nümayiş etdirə bilir. Tədqiqatın nəticələrinə əsasən müəllim–şagird fəaliyyətində səmərəli qrammatika ünsiyyətdə formalaşır.
Açar sözlər: ingilis dili, kommunkativ qrammatika, dil bacarıqları, inteqrasiya
THE APPLYING COMMUNICATIVE GRAMMAR IN TEACHING ENGLISH
PhD in Philology Melek Mammadova
Baku city, English teacher of Ecology lyceum № 291 named after the hero of the Great Patriotic War Azad Humbatov
email: [email protected]
Abstract
The article deals with the study of new experiences in teaching grammar communicatively in the English language eaching (grades X-XI). The aim of this study was to examine whether the method of teaching communicative grammar is effective in terms of students' oral communication and their attitude to this method of teaching. Nevertheless, the students have sufficient knowledge of grammar at the school level, they are not able to use this language to communicate in real life situations in general education. The results of the research present the dynamic groüth of students’ grammatical knowledge and at the same time their positive attitude to the acquisition of grammar in oral communication. This research leads to the main conclusion that teaching communicative grammar really helps students to improve their grammatical skills and use it effectively in oral communication. In addition, this approach allows students to acquire different language skills in teaching grammar. There are enough methods and tools in English to apply the approaches identified within the grammatical communication model. However, communicative teaching methodology is primarily the result of a learning-based approach that develops speaking skills and promises improved outcomes
The study involved 23 IX-X class students (12 IX class, 11 X class) and two teachers. Data were collected through classroom observations, interviews, and collection of documents and notes. The findings included the introduction of an explanatory manual on communicative grammar. The results also showed that teachers' theoretical knowledge of communicative grammar is not very effective. The results show that teachers can understand and demonstrate new methods only in classroom practice. According to the results of the research, effective grammar is formed in the teacher-student activity in communication.
Keywords: English, communicative grammar, language skills, integration
Tədqiqat məqaləsi ingilis dilinin tədrisində “kommunikativ qrammatika tədrisi” metodikası prosesində səmərəli ünsiyyət vərdişlərinin qazanılmasına istinad edilən Kommunikativ Dilin Tədrisinə (Communicative Languaeg Teaching) əsaslanır. Burada dilin strukturu həm şifahi, həm də yazılı formada tətbiq olunur. Təlimdə qrammatik nümunələr təkcə nitq səviyyəsində deyil, həm də diskursiv səviyyəsində öyrədilir. Əsas məqsəd kommunikativ qrammatik səriştənin inkişafına yönəlmişdir ki, bu da müxtəlif situasiyalarda kortəbii şəkildə istifadə olunan ünsiyyət bacarıqları kimi başa düşülür. Bu metodun tətbiqində dil strukturları ayrı-ayrılıqda deyil, dilin dörd bacarığına inteqrasiya edilməlidir [1; 4; 7 ].
Ümumi təhsil məktəblərindıə kommunikativ yanaşmalar qrammatikanın öyrədilməsi zamanı qrammatik qaydalardan açıq istifadəsini nəzərə almamışdır. Bu, forma yönümlü təlimatdan məna yönümlü təlimata keçidə səbəb oldu. Müəyyən edilmişdir ki, qrammatika təliminə xüsusi diqqət yetirilməsi şagirdlərin şifahi ünsiyyətdə çıxış etmək bacarığını inkişaf etdirmək üçün qeyri- adekvatdır. Bundan əlavə, bir çox tədqiqatçılar dil tədrisinin yalnız qrammatika tədrisi ilə məhdudlaşa bilməyəcəyini təsdiqləmişlər. Bu ona görədir ki, qrammatikanın açıq şəkildə öyrədilməsi rəvanlıqla nəticələnmir [2; 4; 5 ].
Buna görə də, ingilis dilinin tədrisi üçün hazırlanmış əksər dərsliklərin məzmunu kommunikasiyanın tətbiqinə əsaslansa da, uzun illərdir məktəbdə bu dərsliklərlə ingilis dilini öyrənmək yalnız şagirdlərə linqvistik biliklər qazandırır, digər bacarıqların real həyat vəziyyətlərində tətbiq edə bilməməsi isə daim müşahidə olunmaqdadır. Bəzi araşdırmalarda qeyd edirlər ki, bu reallıq ondan irəli gəlir ki, əksər müəllimlər qrammatik qaydaların deduktiv şəkildə öyrədərk ənənəvi metodunu tətbiq edirlər [3; 4; 6 ]. Bu tədqiqat sübut edir ki, qrammatikanını yüksək səviyyədə mənimsənilməsi şagirdlərdə ingilis dilinin tədrisi təcrübəsində və şəxsi ünsiyyətdə özlərinə inam və rahatlıq hissi qazandırır. Bəzən qazanılan biliklərin ünsiyyətdə istifadə edə bilməməsindən asılı olmayaraq, ingilis dilinin qrammatikasını tam öyrənməkdən tamamilə razıdırlar. Təəssüf ki, şagirdlərin əksəriyyəti kommunikativ qrammatika haqqında düşüncələri qeyri-müəyyəndir və bu anlayış barədə mənfi fikirlərini bildirirlər. Onlar iddia edirlər ki, qrammatika tədrisində kommunikasiyanın tətbiqi məktəb imkanlarının müəyyən məhdudiyyətləri səbəbindən bir çox çətinliklərlə üzləşir; üstəlik, müəllimdən çox zəhmət tələb edir; ona görə də tez- tez həyata keçirmirlər. Şagirdlər üçün təcrübədən keçdikləri qrammatik təlimin reallığı barədə soruşduqda, onların əksəriyyəti bildirirlər ki, qrammatika dərslərindən öyrəndikləri bir sıra qrammatik quruluş təminatlarıdır. Nəticə etibarilə, onların kommunikativ qrammatika metodundan məlumatsız olması o demək deyildir ki, onlar dilin istifadəsində zəifdirlər.Sadəcə bu mexanizmin incəliklərindən uzaq olmaq istəyirlər. Qrammatik biliklərə malik olmalarına baxmayaraq, müəyyən situasiyalarda şəxsi tanışlıq kimi ünsiyyət qurmaq üçün ingilis dilindən istifadə etməyə də həvəsli olmaq istəyirlər [5; 6; 7; 8 ]. Bu məqsədlə məqalədə sinif müşahidələrinin nəticələrini təqdim etmək vacib hesab edildi.
Sxem 1.1.1. İngilis dilinin kommunkasiyada tədrisi vəziyyəti üzrə anket sorğunun nəticələri
Sxemdən göründüyü kimi, kommunikativ bacarıqları formalaşdıran vacib sahələr IX və X sinif şagirdləri tərəfindən mənimsənilməsi o qədər də ürəkaçan deyil.
Aydındır ki, IX siniflər 12 şagird araslnda üzrə aparılan sorğunun nəticələri sübut edir ki, linqvistik bacarıqlara meyililik daha yüksək nəticə göstərmişdir. 100% nəticə ilə 12 şagirddən 5 nəfəri yəni, 4.5%, -i linqvistik bililklərin daha çox qazanılmasının üstün tuturlar.
Kommunkativliyi yaradan əsas elementlırin əldə olunması, yəni orijinal tapşırıqlardan istifadə 1.3%; digər dil bacarıqlarına inteqrasiya olunmasını 1.5%; sosial bacarıqları formalaşdıran dialoqların istifadəsi 1.2% yəni cəmi 2 – 3 şagirdin daha çox maraq göstərdiyi məlum oldu.
X siniflərdə də təxmini olaraq eyni siytuasiya müşahidə olundu. Belə ki, X siniflər 1 şagird araslnda üzrə aparılan sorğunun nəticələri linqvistik bacarıqlara meyililik eyni olaraq 100% nəticə ilə 11 şagirddən 6 nəfəri yəni, 4.8%, -i linqvistik bililklərin daha çox qazanılmasının üstün tuturlar.
Kommunkativ bacarıqları qrammatikada əks etdirməkdə autentik tapşırıqlardan istifadə 1.5%; digər dil bacarıqlarına inteqrasiyada 1.8%; sosial dialoqlarda iştirakı 1.3% yəni cəmi 11 şagirddən 3 şagirdin daha çox marağı olduğu aşkar olundu.
Qeyd olunan çətinliklərin yaranmasının əsas səbəbləri, qrammatikanın tədrisində istifadə olunan kommunkativ üsulların zəif tətbiqi, dərsliklərdə sosial bacarıqlara aid nitq çalımalarıın azlığı, autentik materialların az istifadəsi, qrammatik bilklərin digər dil bacarıqlarına inteqrasiya etməməsi və nəhayət, müəllimlərin kommunikativ qrammatikanın nəzəri əsaslarından xəbərsiz olmasıdır.
1.1.Kommunikativ qrammatikanın əsasları
Tədqiqat məqaləsi iki əsas tədqiqat sualını araşdırır:
- Dilə ünsiyyət vasitəsi kimi baxan bu yanaşmada qrammatikanın yeri və rolu nədir?
- Kommunikativ qrammatika nədir?
Kommunikativ qrammatika ingilis dilinin tədrisinə kommunikativ yanaşmaya əsaslanır. Aydındir ki, dil strukturları ayrı-ayrılıqda öyrədilməməli, dilin dörd bacarığına, dinləmə, danışma, oxuma və yazma fəaliyyətləri üzrə vərdişlərə inteqrasiya edilməlidir. Bu şəkildə fəaliyyətlər şifahi və yazılı formada tətbiq olunmalıdır. Bundan əlavə, şagirdlər kommunikativ fəaliyyətlərə cəlb olunduqları zaman daha çox motivasiyaya ehtiyac hiss edirdilər, çünki motivasiya onlara ünsiyyət üçün ingilis dilini istifadə edərkən nitqin səlisliyini, tələffüzünü və performansını yaxşılaşdırmağa kömək edir [1; 2; 3]. Ümumilikdə ünsiyyət üçün ingilis dilinin qrammatikasını öyrənmək əsl problemə çevrilib. Bundan əlaəv, kommunikativ məqsədlər dörd bacarığın öyrədilməsində daha səmərəli strategiya hesab edilmir. Müəllimlər ənənəvi olaraq düzgün cümlələr formalaşdırmaq üçün tətbiq edilməli olan qaydalar toplusunu qrammatika tədrisində tapşırıqlar üzrəində izahat və ya nümunələrlə inandırmaqla kifyətlənirlər. Kommunikasiya hərəki fəaliyyət olduğu üçün buna vaxt ayırmağa həvəs və ya motivasiya gücü az olur. Bu məqsədlə, siniflərində ənənəvi ingilis dili qrammatikası tədrisində kommunikativ yanaşmadan istifadənin üstünlüklərini vurğulamaq vacib məqsəd daşıyır. Belə ki, kommunkativ qrammatika artıq müəllim izahatına ehtiyac duymur və onu şagirdlər interaktiv və məhsuldar şəkildə əldə edirlər. J.Richards (2006) hesab edir ki, “Kommunkatibv qrammatika (CLT) dil tədrisinin məqsədləri olmalı, öyrənənlərin dili necə öyrənməsini ən yaxşı şəkildə asanlaşdırmalıdır. Burada sinifdə müəllim və öyrənənlərin rolları ilə bağlı prinsiplər toplusu və sinif fəaliyyətinin növü kimi başa düşülə bilər [7; 8 ]. Başqa sözlə, bu, şagirdlərə ingils dilini həm qəbuledici, həm də məhsuldar şəkildə istifadə etmək üçün vasitələr verməkdən başqa bir şey olmayan kommunikativ səriştənin tədrisini təşviq etmək deməkdir. Richards and Rogers (2010) vurğulayırlar ki, dil öyrənmə nəinki linqvistik tapşırıqların yerinə yetirilməsinə əsaslanmalı, hətta ən yaxşı şəkildə şagirdlərin qarşılıqlı əlaqəsini yaratmalı, eləcə də məzmunu öyrənmək və ya dilin istifadəsi məqsədi daşımalıdır [7, s.121 ]. Bu zaman kommunikativ səriştəni inkişaf etdirmək üçün şagirdləri real həyat problemlərini həllinə yönəlməlidir. Kommunkativ qrammatika bu baxımdan dil kompetensiyalarının kommunkativ kompeyensiyalara inteqrasiyasını aşağıadkı sxemdə düzgün müəyyən edir.
Sxem 1.1.1. Kommunikativ qrammatikanın komponentləri
Sxemdən görünsüyü kimi kommunikativ qrammatikanın tədrisi faktiki ünsiyyət modelini əsas götürür. O, natiqə nəzərdə tutulan mesajın effektiv ötürülməsi üçün bütün alətləri verir. Burada əsasən dil və kommunikativ kompetensiya əsas götürülür (sxem 1.1.1.).
Dil kompetensiyaları mövcud lnqvistik sahələri, fonetik, leksik və qrammatik aspektlərin reallaşmasına xidmət edir. Əldə olunan vərdişlər dilin ünsiyyət zamanı dialoq və ya monoloq şəklində nümyişinə əsaslanır [ 3; 5]. Məlumdur ki, dildən asılı olmayaraq qrammatika ünsiyyət üçün əsasdır və ənənəvi qrammatikada sözlər müəyyən sərt qaydalara riayət etməklə cümlələrdə birləşdirdiyiniz nitq hissələrində təsnif edilir. Kommunikativ qrammatika qaydaları öyrənənlərə məntiqli və aydın düşünmə vərdişini inkişaf etdirməyə kömək edə bilər və qrammatikanı öyrəndikdən sonra öyrənənlər dildən istifadə edərkən daha dəqiq fikir söyləyə bilirlər. Kommunkativ qrammatika effektiv ünsiyyət üçün zəmin yaradır və aydın olur ki, səmərəli qrammatika olmadan aydın ünsiyyət qurmaq mümkün deyil. Yanlış konfiqurasiya edilmiş statikliyə görə düzgün olmayan qrammatika da nəzərdə tutulan mesajın mənasına və aydınlığına təsir edə bilər. Qrammatika dildə dəqiqliyi artırmağa kömək etməkdə çox vacibdir [ 1;3; 5].