Pedaqoji iclas

    31 yanvar 2023-cü il tarixində liseydə dərs ilinin II yarımilinin qarşıda duran məqsəd və vəzifələri müzakirə edilib.

    Məktəblərdə illik fəaliyyətin, şagirlərin təliminin düzgün qurulmasının və tərbiyə işinin qaydasında aparılmasının sonrakı davamlılığı, səmərəliliyi bu gündən, yarımillik, aylıq, həftəlik və günlük planlaşdırmaların effektivliyindən, qoyulan hədəflərin reallığından və nəzarətdən, nəticəyönümlülüyündən çox asılıdır.

    Məktəb rəhbərlərinin, valideynlərin əsas məsuliyyəti məktəbdə tərbiyə və tədris mühitinin qurulmasındadır. Bu mühitin qurulmasında əsas priorotetlərə aşağıdakılar aid edilə bilər:

    1.Şəxsi nümunə;

    2.İşlərin düzgün şəxslərə həvalə edilməsi;

    3.Demokratik davranış;

    4.Humanizm;

    5.Düzgün kommunikasiya;

    6.Nəticəyönümlülük;

    7.Planlı fəaliyyət;

    8.Məqsəd və s.

    Əlbəttə, zaman o qədər sürətlə dəyişir, biliklər və bacarıqlar o qədər inkişaf edir və yeni tələblər meydana çıxır ki, köhnə qaydalar və stereotiplərlə yeni çağırışlara uyğunlaşmaq mümkün görünmür. "Məktəb" həyatında iştirak edən hər kəs transformasiyalar dövründə yaşadığını anlayır və məsuliyyətini başa düşür. Bu dərketmədən sonra da adaptasiyalar reallaşmalıdır, yoxsa hər şey elə fikir mərhələsində qalacaq-necə ki, Şərq fəlsəfəsi praktikaya ciddi nüfuz edə bilmədi. Qərb texnoloji bumunun inkişafı qarşısında dayanıqlılığını itirdi. Əgər 100 il əvvəl C. Cabbarlı "Oqtay Eloğlu" faciəsində XX əsrin təkamülünü romantik tərzdə göstərirdisə, indi həmin məzmun daha sərt və zəruri halda gündəmdədir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi