Xalça muzeyinə ekskursiya

    24 yanvar 2023–cü il tarixində riyaziyyat müəllimi Zamanova Sevda 8a sinif şagirdləri ilə birgə Xalça muzeyində ekskursiyada olublar. Ekskursiya uşaqlar üçün çox maraqlı və maarifləndirici keçib.

    Əvvəlcə şagirdlərə görkəmli alim və xalçaçı “Azərbaycan xalçası” adlı fundamental əsərin müəllifi Lətif Kərimov haqqında geniş məlumat əldə ediblər. Şagirdlər incəsənət nümunələri olan əvəzolunmaz xalçaların canlı şahidi olublar. 
    Muzeyin ikinci mərtəbəsində xalçaçı xanımların toxuduqları xalça uşaqların xüsusi marağına səbəb olub. Xalça toxunarkən ilmələrin musiqi ritmləri sanki qaval daşında ifa  təəssüratını bağışlayıb.

    Şagirdlər Xalça muzeyində maraqlı və əyləncəli vaxt keçiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi