"Azadla Zəfərə doğru" adlı xatirə gecəsi keçirilib

    27 yanvar 2023-cü ildə UBTR-i Ətlaz Zeynalovanın təşkilatçılığı ilə liseyin şəhid məzunu Vətən Müharibəsi Qəhrəmanı baş leytenant Azad Hümbətovun doğum gününə həsr olunmuş "Azadla Zəfərə doğru" adlı xatirə gecəsi keçirilib.
    Vətən müharibəsində qəhrəmanlıq göstərən hər bir igidimiz bizim üçün müqqəddəsdir.
    Qəhrəmanımızın xatirə gecəsində onunla birgə igidlik göstərən cəsur döyüşçülər baş leytenant Sənan Kərimov, Səbuhi Sadıqov, Əsəd Əsədli və Mirrahil Teymurlunun müqqəddəs xatirəsi hörmətlə anılıb.
    Qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra səhnə şagirdlərin ixtiyarına verilib. Azad Hümbətova həsr olunmuş "Doğum günün mübarək, şəhidim" şeiri  iştirakçıları kövrəltsə də, onlarda fəxr, qürur hissi oyadıb.
    Şəhidlərimiz Azad Hümbətov, Sənan Kərimov, Mirrahil Teymurlu, Əsəd Əsədov və Səbuhi Sadıqovun döyüş yoluna həsr olunmuş videotəqdimatlar, şeirlər, mahnılar və rəsmlər təqdim olunub.
    Liseyin direktoru filologiya elmləri üzrə fəlsəfə doktoru Arif Əsədov qəhrəmanlarımızın keçdiyi şanlı döyüş yolundan və  bu doyüş yolunun gələcək nəsillərə bir örnək olmasından danışıb.
    Tədbirdə məktəbin pedoqoji kollektivi, şəhidlərin ailə üzvləri, vaideynlər və digər şəxslər iştirak edib. Şəhid ailələri qəhrəman şəhidlərimizlə bağlı öz xatirələrini danışıblar.
    Tədbir "İgid əsgər" mahnısının sədalaı ilə sona çatıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi