Azad Hümbətovun xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib

    23-25 yanvar 2023-cü il tarixində "Azfar" Şirkətlər Qrupunun futbol meydançasında Vətən Müharibəsi Qəhrəmanı, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid, baş leytenant Azad Hümbətovun xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib.

   Turnirin bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri və 70 nəfər şagird iştirak edib.

   Yarışda I yeri Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun adına 291 nömrəli liseyin komandası, II yeri Məktəb-Lisey Kompleksin komandası və III yeri 212 nömrəli tam orta məktəbin komandası qazanıb.

   Qalib komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunublar.

   Bədən tərbiyəsi rəhbəri müəllimləri Murad Mehtiyevi, İlham Mahmudovu və şagirdlərimizi qələbə münasibətilə təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi