20 Yanvar faciəsinin 33-cü ildönümü sərgilərdə

    20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur. 

   Prezident İlham Əliyevin dediyi kimi “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. Ulu Öndər Heydər Əliyevin fərmanı ilə  "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib. 

   Uşaq Birliyi Təşkilatının rəhbəri Ətlaz Zeynalova 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı liseyimizin dəhliz və kitabxanasında şəhidlərimizin anım gününə həsr olunmuş sərgi təşkil edib.

   Sərgidə şagirdlərin 20 Yanvar faciəsini əks etdirən divar qəzetləri, rəsmlər və əl işlərində şəhidlərimizin, eləcə də xalqımızın vətən, torpaq sevgisini və azadlıq eşqi məharətlə təsvir olunub.

   Şəhidlər bizim qürurumuz, fəxrimiz və and yerimizdir. Allah şəhidlərimizə rəhmət etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi