“20 Yanvar faciəsini unutmayaq” adlı seminar məşğələ keçirilib

Yanvarın 19-da BŞTİ-nin məktubla göndərdiyi əmrini rəhbər tutaraq, liseyin tarix müəllimi Arzu Bayramova tərəfindən 8ç sinif şagirdlərinin iştirakı ilə “20 Yanvar faciəsini unutmayaq!” adlı seminar məşğələ keçirib. Seminarın keçirilməsinin əsas məqsədi 20 Yanvar hadisələrini şagirdlərə daha dərindən mənimsətmək, bu faciəni törədənləri təhsilalanlara daha yaxşı tanıtmaqdan ibarət idi. Arzu Bayramova 20 Yanvar faciəsinin tarix səhifələrimizdə təkcə faciə günü kimi deyil, həm də istiqlala gedən yolda qələbə, milli məfkurəmizin oyanışı günü olduğunu vurğulayıb.”Müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir” deyən Ulu Öndər Heydər Əliyevin həmin çətin dönəmlərdə haqq səsini ucaltmasından, xalqının arxasında dayanmasından, bu faciəyə düzgün siyasi qiymət verilməsindən danışan A.Bayramova onu da bildirib ki, bu gün də Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində şəhid ailələrinə dövlət qayğısı göstərilir. 33 ildir ki, Azərbaycan xalqı bu günü vətənimizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş mərd oğul və qızlarının xatirısini dərin hörmət və ehtiramla yad edir. Şagirdlər hazırladıqları təqdimatları, video-çarxları nümayiş etdiriblər, 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirləri səsləndiriblər.
Allah bütün şəhidlərimizə rəhmət etsin!