“20 Yanvar şahidlərin sözü” ilə adlı müharizə
19 yanvar 2023-cü il il tarixində liseydə X və XI sinif şagirdlərinə “20 Yanvar şahidlərin sözü” ilə adlı müharizə təşkil edilib.
Əvvəcə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra liseyin təşkilat işləri üzrə direktor müavini Zeynəb Qasımova bu qanlı faciə haqqında məlumat verərək həmin gün haqqında öz xatirələrini şagirdlərlə bölüşüb.
Liseyin riyaziyyat müəllimi Kübra Əmiraslanova sözü gedən mövzuda müharizəni davam etdirərək, maraqlı, dolğun çıxış edib. 20 Yanvar hadisəsinin baş verməsi səbəbindən xalqımıza qarşı törədilən ədalətsiz faciədən, həmin günlərin ağrı-acısından danışaraq şagirdləri məlumatlandırıb.
Mühazirənin sonunda şagirdləri maraqlandıran suallara ətraflı cavablar verilib.