Qida təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlar
Qida təhlükəsizliyi ilə əlaqədar məktəbdə bir çox işlər görülüb. Liseyin biologiya müəllimi İradə Zöhrabova məktəblilərin qida təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarının artırılması istiqamətində 8c sinif şagirdlərinə metodiki tövsiyyələrini verib.
Belə ki, düzgün və sağlam qidalanma, enerji içkilərinin insan orqanizminə ziyanları barədə ətraflı məlumat verilib. Şəkərin ziyanları, qablaşdırma məhsullarının qidaya təsiri, gündəlik qida rasionun təşkili barədə videoroliklər nümayiş etdirilib.