"Yaşıl Şəbəkə" ekoloji maarifləndirmə proqramı
13 yanvar 2023-cü il tarixində Azad Hümbətov adına 291 №-li Ekologiya liseyinin dərnək rəhbəri Mətanət Qasımova "Bal arıları" ekoklub üzvləri ilə birgə Port Baku Mall-da şəhərsalma mövzusunda master-klass keçiblər.
Nargiz Maqazine ilə əməkdaşlıq çərçivəsində Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Yaşıl Şəbəkə" ekoloji maarifləndirmə proqramının ekoklub üzvlərinin iştirakı ilə həftə sonlarında müxtəlif mövzularda öyrədici, maraqlı master-klasslar keçirilir.
Şəhərsalma komitəsinin memarları uşaqlarla görüsüb tanış olduqdan sonra mövzuya uyğun maraqlı fikir mübadiləsi aparıblar. Uşaqlar da öz maraqlı ideyalarını söyləyiblər. Gələcəkdə memar olsalar idi, nə tikmək istədiklərini memarların köməyi ilə düzəldiblər. Gənc memarlar yaşıllıqlarla zəngin, hündür və yararaşıqlı binaları, məktəbi, uşaq bağçası, polisi, məhkəməsi, məscıdi, aeroportu, dövlət və özəl xəstəxanası olan gözəl bir şəhər düzəldiblər.
Təşkilatçılara və əməyi olan hər kəsə öz təşəkkürümüzü bildiririk.