Uşaq və yeniyetmələrin istedad, bacarıq və qabliyyətlərinin üzə çıxarılmasında UBTR-nin rolu
Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291№ li Ekologiya liseyinin UBTR-i Zeynalova Atlaz Əsgər qızı.
Təhsil: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Texniki Peşə Kolleci Respublika Uşaq Birliyi Təşlikatı Rəhbərlərinin Məktəbi
Mövzu:” Uşaq və yeniyetmələrin istedad, bacarıq və qabliyyətlərinin üzə çıxarılmasında Uşaq Birliyi Təşkilatının rəhbərinin rolu”
Giriş: Uşaqlar dövlətin, millətin ən dəyərli xəzinəsidirlər. Bu xəzinəni qorumaq isə hər kəsin, xüsusilə, müəllimin ən ümdə vəzifəsidir. Məlumdur ki, dünyanı uşaqlarsız, uşaqları məktəbsiz, məktəbləri isə asudə vaxtlarda keçirilən tədbirlərsiz təsəvvür etmək mümkün deyil. Çünki uşaqlar məktəbdə aldığı təhsillə yanaşı, keçirilən bütün tədbirlərdə vətənpərvər, humanist, dünyagörüşlü bir şəxsiyyət kimi formalaşırlar. Elə buna görə də UBTR-nin üzərinə mühüm vəzifə düşür. Deməli, UBTR-i daim öz üzərində işləməli, təşəbbüskar və yenilikçi olmalıdır. Dövlətin mühüm qanun, fərman və sərəncamlarndan xəbərdar olmalıdlr. UBTR-i uşaq hüquqlarını və etik qaydaları bilməli, mədəniyyət və incəsənət, etika, ədəbiyyat, pedoqoqika, psixologiya və s. sahələr üzrə ümumi biliyə sahib olmalıdır. Bu keyfiyyətlərə malik olan UBTR-i uşaqlarla işləyərkən daha mükəmməl nəticə əldə edə bilər.
Uşaq və yeniyetmələrdə istedad, bacarıq və qabliyyətin üzə çıxarılmasının bir neçə yollarını qeyd etmək istəyirəm:
1.Tarixi və əlamətdar günlərə, bayramlara, tarixi şəxsiyyətlərə, elm və mədəniyyət xadimlərinə həsr olunmuş tədbirlər, yubleylər, görüşlər, müzakirələr.
2. Bilik yarışları, sual-cavab gecələri, viktorinalar, zəka oyunları, məntiq yarışmaları, rəsm, musiqi, bədii qiraət, diyarşunaslıq, təbiəti qoruyaq və s. kimi dərnəklər uşaqlarda qabliyyətin üzə çıxarılmasında mühüm rol oynayır.
3..Uşaq və yeniyetmələrinin istedad, bacarıq və qabliyyətinin üzə çıxarılmasının digər bir yolu da dərs dinləmələri və müşahidələrdir. Bu zaman həm fəal, həm də qeyri-fəal, eyni zamanda, özünəqapanıq uşaqları aşkar etmək mümkün olur. Tədbirlər hazırlanarkən yalnız fəal uşaqlar deyil, eyni zamanda qeyri-fəal və özünəqapanan uşaqları da tədbirlərə cəlb etmək lazımdır.
4 Uşaqlarda istedad, bacarıq və qabliyyətin üzə çıxarılmasında başqa bir amil isə keçirilən tədbirlərdə uşaqlar yazılan ssenariyə uyğun olaraq seçilməli, onların yaş xüsusiyyətləri nəzərə alınmalıdır.
5.UBTR-i fərdi yanaşma kollektiv və kütləvi iş prinsipinə malik olmalıdır.
6.UBTR-i sinif rəhbərləri, valideynlər, xususilə məktəbin psixoloqu ilə əlaqəli iş prisipinə əsaslanmalıdır.
7.Düzgün, konkret, tarixi faktlara, mənbələrə, bədii ədəbiyyata əsaslanan ssenarilər yazılmalıdır. Ssenari yaradıcı olmalı və tədbirin mövzusunu tam əhatə etməlidir.
8.Muzeylərin, ekskursiyaların, teatr tamaşalarının və s. təşkili uşaqlarda mənəvi ruh yüsəkliyi yaratmaqla bərabər, onların daxilindəki qabliyyəti də üzə çıxara bilər.
9. İnşa, yazı müsabiqələri, texniki yaradıcılıq dərnəkləri və idman yarışları təşkil olunmalıdır. Bütün bu sadalanan fikirləri əsas tutaraq qeyd etmək istəyirəm ki, UBTR-i daim öz üzərində çalışaraq bilik və bacarığını artırmalıdır. Ən əsası istedadlı və yaradıcı şəxs olmalıdır.
Bir yaradıcı şəxs olaraq yazdığım ssenarilər, kompozisiyalar və şeirlərdə hər zaman şagirdlərin yaş xüsusiyətini nəzərə alır və tədbirin mövzusuna uyğun bədii tərtibata diqqət edirəm. Qürur duyuram ki, Ulu Öndər Heydər Əliyevə həsr etdiyim “ Xilaskar” şeiri və 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Qələbə müjdəsi” şeirlərim bədii qiraət müsabiqəsində birinci yeri tutaraq diplom və mükafata layiq görülmüşdür.
Nəticə: Keçirilən tədbirlərdə şagirdlərin dünyagörüşü ilə yanaşı, onlarda bədii qiraət, oyunçuluq, liderlik bacarığı, eyni zamanda vətənpərvərlik, tarixi şəxsiyyətə tərənnüm, torpağa, millətə, dövlətə məhəbbət, düşmənə nifrət hissləri daha da inkişaf edir. Bütün bu yüksək keyfiyyətlərin nəticəsində formalaşan bu günün uşaqları sabahın sağlam gəncliyinə çevrilir .