"Müasir proqramlaşdırma dilləri" mövzusunda layihə əsaslı dərs keçirib
Liseyin informatika müəllimi Nuranə İbrahimxəlilova "Müasir proqramlaşdırma dilləri" mövzusunda layihə əsaslı dərs keçirib. Dərsdə Python dilinin tarixi, onun tətbiq sahəsi və üstünlükləri, proqramlaşdırma mühiti, İDE, dilin sintaksisi araşdırılıb. Python-da kodun yazılması qaydaları və İDE-nin koddakı səhvlər barədə necə məlumat verildiyi müəyyənləşdirilib. Microbitdə kod yazılıb və üstünlükləri göstərilib. Python dilində və Microbit də sadə əmrlərin yazılamasını icra edilib.
Dərsin ilk dəqiqəsində şagirdlər 3 qrupa ayrılıb. Qruplara təqdim olan işçi vərəqində 3 tapşırıq verilib. Şagirdlər QR/COD–u oxutmaqla mətnlərlə tanış olublar. Rəqib komandalar tapşırıqlar hazırlayıb. Sonra şagirdlər verilmiş ismarıcı ekranda əks etdirən Python proqramında proqram kodunu yazıblar. Microbitdə addım ölçən proqramın kodunun yazılması tapşırılıb.
Sonda dərsin refleksiya hissəsində qrupa göndərilmiş formanı doldurmaq tapşırılıb.