"Yaxşı nədir, pis nədir?" layihə əsaslı dərs
Liseyin rus dili müəllimi Samirə Əlixanova şagirdlərimizə "Yaxşı nədir, pis nədir?" layihə əsaslı dərs keçirilib.
Dərs şagirdlərin mənəvi hisslərinin inkişafına, hər hansı bir həyat vəziyyətində əxlaqi davranış, bacarıq və vərdişlərin inkişafının formalaşmasına istiqamətləndirilib. Yeniyetmələrdə davranış mədəniyyəti, insanın əxlaqı və əxlaqi keyfiyyətləri haqqında təsəvvürlər formalaşdırılıb.
Şagirdlərdə əlavə olaraq, həssaslıq, rəğbət, təvazökarlıq, başqalarına qayğı göstərmək, kömək üçün təşəkkür etmək bacarığı kimi mənəvi keyfiyyətləri formalaşdırılıb.
Uşaqlar arasında dostluq münasibətlərini inkişaf etdirmək, müsbət və mənfi hərəkətləri ayıra bilmək, xeyirxah işlər görmək istəyini yaratmaq vərdişləri aşılanılıb.
Dərs şagirdlərin tərbiyə səviyyəsinin yüksəldilməsinə , davranış qaydaları, xeyir ve şər haqqında təsəvvürlər formalaşdırılmasına, əldə etdikləri biliklərin gündəlik həyatda tətbiq etməyə istiqamətləndirilib.