"Biliyini paylaş” layihəsi çərçivəsində informatika dərsi
C++ dili əsas proqramlaşdırma dilllərindən hesab olunur. Vüsalə Həsənova informatika dərsində şagirdlərlərə C++ dili haqqında baza məlumatları verib və bu dilin əsas istiqamətlərini başa salıb.
Obyekt yönümlü və sürətli olduğu üçün oyun, sistem və buna bənzər digər proyektlərdə mövcud əsas dillər sırasına daxil olmağı bacarmış bir dildir. Ümumi olaraq, C++ mürəkkəb dil hesab edilir.
C++ dilində sistemlər və digər məqsədlər üçün proqramlar yazmaq praktiki olaraq mümkündür. Mozilla FireFox, MS Word, MS Excel, Notepad, Paint kimi tanınmış proqramlar məhz C++ dilində yazılıb.
Şagirdlərə ardıcılıqla proqramlaşdırma dilinin əsasları olan əsas verilənlər strukturlar, dövrələr, funksiyalar, massivlər, proqramlaşdırmanın xüsusiyyətləri olan siniflər, irsiyyət, çoxlu funksiyalar, hazır kitabxanalar kimi mövzular izah edilməsi nəzərdə tutulub.
Tətbiqlərlə siniflərin və obyektlərin necə müəyyən edildiyi və irsiyyətin proqramlaşdırmada necə həyata keçirildiyi izah edilib.