Monitorinq keçirildi
Bu gün liseyimizin X və Xl siniflərində təlim dili, riyaziyyat və xarici dil fənləri üzrə monitorinq keçirilib.
Təhsilalanlara təlim dili üzrə 4-ü açıq sual olmaqla 30, riyaziyyat fənni üzrə 6-sı açıq cavab tələb olunan, 4-ü isə açıq həlli tələb olunan sual olmaqla 25, xarici dil üzrə isə 4-ü açıq olmaqla 30 sual təqdim olunub. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilib.
Əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.