“Biliyini paylaş” layihəsi çərçivəsində biologiya dərsi
“Biliyini paylaş” layihəsinin II mərhələsi mərhələsi çərçivəsində növbəti layihə əsalı dərsimiz liseyin biologiya müəllimi Sədaqət Əliyeva və biologiya laborantı Vüsalə Həsənova tərəfindən təşkil olunub. "Çiçək, çiçəyin quruluşu, meyvələr və fəsilələr" mövzusunu əhatə etən layihə 6-7 sinif şagirdlərinin birgə əməkdaşlığı ilə hazırlanıb.
Layihə əsaslı öyrənmə təhsil proqramlarında klassik tətbiqlərdən fərqli olaraq interaktiv təhsil modelidir. Şagirdlərin fəal iştirakına təşviq edən, müxtəlif alət və resurslardan istifadəni təmin edən, akademik və sosial həyat bacarıqlarını inkişaf etdirməyi hədəfləyən, texnologiyalardan istifadəyə önəm verən bir təhsil modeli olan layihə əsaslı öyrənmə öyrənmə prosesinə zövq və əyləncə əlavə edir.