"Qöy Qurşağı" silsiləsindən Poeziya çələngi adlı tədbir
Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyində "Qöy Qurşağı" silsiləsindən "Poeziya çələngi" adlı tədbir keçirilib.
Görüşün qonağı uşaq ədəbiyyatının görkəmli nümayəndəsi şair-nasir Qəşəm İsabəyli idi. Tədbirdə şair, publisist Tariel Ümid, məktəbin müəllimləri, valideynlər və şagirdlər iştirak ediblər.
Azərbaycan Dövlət Himni ilə açıq elan edilən tədbirdə maraqlı anlar yaşanıb. Öncə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Məktəblilər şairin şeirlərini söyləyib. Qəşəm İsabəyli həyatını və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib. Məktəblilər şairin "Əsərlərin toplumu" kitabından şeirlər əsasında kompozisiya təqdim edib.
Tədbirdə uşaqlar şairin "Azərbaycan", "Vətən", "Ay nənəli, hardasan", "Nənəmə məktub", "Bulud", "Qar yagır" şeirlərini söyləyib.
Yeni il gəlişinə təsadüf edilən görüşdə şairin qışa həsr etdiyi şeirlərindən tamaşa sərgilənib. "Bulud" hekayəsi isə videoçarx şəklində nümayiş olunub.
Uşaq ədəbiyyatında xüsusi xidmətləri olan Qəşəm İsabəyli yaradıcılığı haqqında maraqlı təhlillər edilib.
Çağdaş dövrümüzün yazıçısı öz seirlərini məktəblilər üçün söyləyib. Şagirdlər tərəfindən verilən suallara cavab verən şair uşaqlar üçün canlı məktəb timsalı olub.
Tədbirin sonunda tədbirin təşkilatçısı Mətanət Ulu Şirvanlı çıxış edərək, tədbir iştirakçılarına və şairə minnətdarlığını bildirib.
Sonda xatirə şəkilləri çəkdirilib.