"Qaraca qız" hekayəsinin müzakirəsi
Mütaliə aylığı çərçivısində məktəbimizin kitabxanaçısı Rəhimova Səriyyə və Azərbaycan dili və ədəbiyyat müəllimi Bayramova Əzimə növbəti debatını 7ç sinfində təşkil edib. Debatda Süleyman Sani Axundovun "Qaraca qız" hekayəsi müzakirə olunub.
Əvvəlcə Bayramova Əzimə şagirdlərə yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi.
Sonra şagirdlər hekayədən səhnəciklər göstərdilər, obrazların hər biri ayrı-ayrılıqda təhlil olundu, onların müsbət və mənfi xüsusiyyətləri ətrafında fikir mübadiləsi aparıldı.
Dərsdə iştirak edən təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Hüseynova, direktor müavini Günay Çəndirli, tərbiyə işlər üzrə direktor müavini Zeynəb Qasımova, psixoloq Dilbər Ağasıyeva əsərin bu gün də böyük tərbiyəvi əhəmiyyətə malik olduğunu vurğuladılar.