"İstiqlal uğrunda" adlı ədəbi-bədii gecə
Azərbaycanın dahi istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmş "İstiqlal uğrunda" adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə şairin nəvəsi Almaz Niyazi qızı Axundzadə iştirak edib.
Liseyin direktoru filologiya elmləri üzrə fəlsəfə doktoru Arif Əsədov şairin həyat və yaradıcılığı, eləcə də ictimai fəaliyyəti haqda geniş məlumat verib.
Şairin nəvəsi Almaz Axundzadə babası ilə baglı maraqlı xatirələrdən bəhs edib.
Sonra səhnə şagirdlərin ixtiyarına verilib. "Cümhuriyyət" və "Azərbaycan, Azərbaycan" adlı kompozisiya tamaşaçılar tərəfindən alqışla qarşılanıb. Ə.Cavadın həyatından bəhs edən "İstiqlal uğrunda" adlı səhnə isə hər kəsdə vətənpərvərlik, qürur, şərəf hislərini daha da artırır. Tədbirdə şairin "Göygöl, "Kür" , "Gəncəm, hey", "Gəldim", "Azərbaycan bayrağına" şeirləri və "Səsli qız" poemasında bir parça təqdim olunub. "Çırpınırdın,Qara dəniz", "Şükrüyyə" mahnıları və "Susmaram" adlı kompozisiya təqdim olunub.
Sonra "Gəncədən gəlirəm"və "Lalər" şeirlərinə bəstələnmiş musiqi sədaları altında rəqs nömrələri nümayiş olunub.
Tədbirdə liseyin ədəbiyyat müəllimləri C.Budaqova, T.Məmmədova, Ə.Bayramova, rəsm müəllimi Ü.Adgözəlova, musiqi müəllimi G.Muxtarova da çıxış edərək, şairin yaradıcılığına işıq saldılar.
Tədbir "Can Azərbaycan" mahnısının sədaları ilə sona çatdı.