"Virtual aləmdə modelləşdirmə" adlı kiçik layihə

    "Biliyini paylaş" layihəsi çərçivəsində mentor müəllim tərəfindən "Virtual aləmdə modelləşdirmə" adlı kiçik layihə icra edildi və növbəti dərs üçün tapşırıqlar verildi.

Model obyektin, hadisənin və ya prosesin müəyyən xüsusiyyətlərini əks etdirən təqdimolunma formasıdır. Modelin yaradılması prosesi modelləşdirmə adlanır. Modeli yaradılan obyektin özünə orijinal, yaxud prototip deyilir.

    Bəs nə üçün insanlar orijinalın özü ilə deyil, onun modeli ilə işləyirlər? Bunun bir neçə səbəbi var:

    Obyekt öyrənilən zamanda orijinal mövcud olmaya bilər: o ya keçmişin, ya da gələcəyin obyektidir. Dinozavrların nəslinin kəsilməsi, Yerdə həyatın əmələ gəlməsi nəzəriyyələri belə yaranıb. Bu üsulun köməyi ilə gələcəyə də baxmaq olar. Fiziklər nüvə müharibəsi olarsa, planetimizdə yarana biləcək “Nüvə qışı” adlanan nəzəri model qurmuşlar.

    Orijinal çoxlu xassələrə və qarşılıqlı əlaqələrə malik ola bilər. Obyektin sadələşdirilmiş təsviri olan modeldə isə yalnız tədqiqatçını maraqlandıran xassələri saxlamaqla qalanları “atmaq” olar; məsələn, biologiya dərslərində çox mürəkkəb insan orqanizmini öyrənmək məqsədilə onun müxtəlif modellərindən istifadə olunur.

    Model real mövcud olan obyektlərin mücərrəd ümumiləşməsi olur. Yeni geyim biçimi nümayiş etdirən maneken (model) hər hansı real insanı deyil, müəyyən ümumiləşdirilmiş ideal obrazı, standartı təmsil edir. Coğrafiya dərsində təbiət hadisələrindən danışarkən biz hər hansı konkret təbiət hadisəsini (məsələn: zəlzələni) deyil, həmin hadisənin ümumiləşdirilmiş formasını - modelini nəzərdə tuturuq.

    Müəyyən səbəblərdən orijinal obyekt tədqiqatçı üçün əlçatan olmaya bilər: molekullar müşahidə üçün çox kiçikdir; Yer səthində dağ silsiləsinin formalaşması prosesi həddindən artıq yavaş gedir; sınaq atom bombasının partlayış mərkəzindəki şərait orada insanın iştirakını mümkünsüz edir. Bütün bu hallarda obyektləri, hadisə və prosesləri onların modelləri ilə əvəz etmək zərurəti yaranır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi