Şagirdlərimiz “Amerika Riyaziyyat Olimpiadası” da

   Şagirdlərin riyazi bilik və bacarıqlarının qiymətləndirilməsi, səviyyəsinin düzgün müəyyənləşdirilməsi, onların gələcək təhsili istiqamətində yol xəritəsinin düzgün qurulması üçün vasitələrdən biridir. Bu məqsədlə bir çox ölkələrin riyaziyyatçıları tərəfindən beynəlxalq imtahanlar və müsabiqələr təşkil olunub keçirilməkdədir. “Amerika Riyaziyyat Assosasiyası” tərəfindən təşkil olunan AMC (American Mathematics Competitions) bu müsabiqələr arasında sualların səviyyəsi və kütləviliyi baxımından ən çox seçilənlərdəndir.SASMO_Azerbaijan_AMO" "Amerika Riyaziyyat Olimpiadası"nın (American Mathematics Olympiad) nəticələri açıqlanmışdır.

    Liseyimiz üzrə ümumilikdə 18 nəfər şagird fərqlənmişdir. Onlardan 2 nəfəri qızıl medal, 6 nəfəri gümüş medal, 4 nəfəri bürünc medal, 2 nəfəri Fəxri Fərman, 4 nəfəri sertifikat qazanmışdır.

    5c sinif şagirdləri Acalov Eldar Fərhad oğlu və Hacızadə Davud Ruslan oğlü qızıl, Əliyev Məhərrəm Rafael oğlu gümüş, 6b sinif şagirdləri Əsədli Alim Arif oğlu, Məmmədli Nuray Elmin qızı ,Zeynallı Rüfət Fərhad oğlu ,Balaqadaşlı İbrahim Zaur oğlu gümüş medal, Bəgalızadə Tural Rəcəb oğlu və Cəfərli Nəzrin Səfa qızı isə bürünc medal, 7a sinif şagirdi Şükürov Rəsul Anar oğlu gümüş medal, 6c Nağıyev Murad Vüqar oğlu bürünc medal, 8b sinif şagirdi Behbudov İlkin Ramil oğlu bürünc medal, 6a sinif şagirdi Nuri Fateh Vüsal oğlu Fəxri Fərman, 7c sinif şagirdi Hüseynli Yusif Anar oğlu Fəxri Fərman, 7a sinif şagirdləri Baxşalı Fatimə Eldəniz qızı, Ramazanova Bətul Tofiq qızı, Əliyev Aydın Elşad oğlu, Əsgərov Oğuz Araz oğlu sertifikat qazanmışlar.

    Şagirdlərimizi, onların müəllimərini və valideynlərini təbrik edirik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi