Kiçik Akademiya seminar keçirdi

19 dekabr 2022-ci il tarixində 291 saylı Ekologiya liseyinin Kiçik Akademiyası özünün növbəti seminarını keçirmişdir. 7ç sinif şagirdlərinin iştirakı ilə baş tutan seminarda liseyin tədris işləri üzrə direktor müavini Hüseynova Sevinc, direktor müavini Çəndirli Günay, informatika müəllimləri İbrahimxəlilova Nuranə və Kazımova Elnurə iştirak etmişlər.
Seminarda ilk olaraq 7ç sinif şagirdi Kərimova Səma “Azərbaycanın milli geyimləri” mövzusunda hazırladığı işi təqdim etdi. Gənc tədqiqatçı Azərbaycanın qədim kişi və qadın geyimləri haqqında geniş məlumat verərək onların adları, nə zaman istifadə olunmaları, spesifik xüsusiyyətləri barədə danışdı. Təqdimat zamanı məruzəçiyə müxtəlif suallar verildi və alınan cavablar böyük maraqla dinlənildi. Sonra Mustafayeva Jalə “Azərbaycanın xalq rəqsləri” mövzusunda hazırladığı təqdimatla çıxış etdi. Qədim xalq havaları, rəqslər haqqında danışan tədqiqatçı “Uzundərə”,”Qaytağı”,”Vağzalı” və s. rəqs havalarının tarixi haqqında maraqlı məlumatları seminar iştirakçılarının diqqətinə çatdırdı. Qeyd olundu ki, dahi Üzeyir Hacıbəyov “Arşın mal alan” operettasını yaradarkən bu havalardan geniş istifadə etmişdi, bədnam qonşılarımız hər şeydə olduğu kimi oyun havalarımıza da sahib çıxmaq istəmişlər.
Seminarda Səma və Jalənin təqdim etdiyi işlər hamının, o cümlədən - hörmətli direktor müavinlərinin, digər müəllimlərin xoşuna gəlmiş, bəyənilmişdir.
İgidlərim yəhərləsinlər atı,
Düşmən basılsın,çalınsın “Heyratı”!
Xəyalım dolanır bağı–bərəni,
Eşidəndə həzin “Uzundərə” ni.
“Vağzalı” nı bənzət qızılgülə sən,
Bu havada ağlayasan? Güləsən?
Eşidən dayanır tarı, kamanı,
Bir də qan coşduran “Tərəkəmə”ni.
Qobustan daşında bizim “Yallı”mız,
Gör, nə qədər qədimdir diyarımız?!
Ağsaqqalsız etmə toyu-düyünü,
Ağa-bəy caldırar, “Heyvagülü”nü.