Şagirdlər Heydər Əliyev Mərkəzində

Liseyimizin 5-ci sinif şagirdləri liseydə fəaliyyət göstərən Elm və Təhsil Nazirliyi Respublika Uşaq Gənclər və İnkişaf Mərkəzinin dərnək rəhbəri Həsənova Aynurə və Qasımova Mətanət ilə birlikdə Heydər Əliyevin anım günü münasibətilə ilə Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Şagirdlər Mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyəti ilə yaxından tanış olublar.
“Muzey” bölməsində toplanmış Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponant və fotostendlər haqqında geniş məlumatlar verilib.
Şagirdlərə nümayiş olunan qədim xalçalar, musiqi alətləri, müxtəlif materiallardan hazırlanmış qablar, milli geyim əşaları və sairə haqqında geniş məlumat verilib .
Şagirdlər muzeydə yeni məlumatlar əldə ediblər. Bu məlumatlar şagirlərimizin yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsinə, ölkəmiz və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə bilik və məlumatlarının artırılmasına xidmət edir.