"Dərman bitkilərinin müalicəvi xüsusiyyətləri və onlardan istifadə qaydaları" mövzusunda təqdimat

Bakı şəhəri 291 nömrəli Ekologiya liseynin 7ç və 7b sinif şagirdlərinin və biologiya müəllimi Sədaqət Əliyevanın iştirakı ilə "Dərman bitkilərinin müalicəvi xüsusiyyətləri və onlardan istifadə qaydaları" mövzusunda layihə əsaslı təqdimat keçirilib.
Mövzu ilə bağlı şagirdlər çox maraqlı və geniş məlumatlı təqdimat hazırlayıblar.
Təqdimatlar yaşadığımız diyarın dərman bitkilərini, onların xüsusiyyətlərini, əhəmiyyətini, istifadə qaydalarını, çoxaldılmasını, dünya təbabətində tanınması kimi mövzuları əhatə edib.
Şagirdlər verdikləri məlumatları siniflər arasında da paylaşıblar. Hər iki sinif çox geniş məlumat mübadiləsi ediblər.
Uşaqlar layihənin təqdimatından faydalanıb və başqa mövzulara da müraciət edəcəklərini vurğulayıblar.