Şagirdlərimiz Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF) 2022-nin qalibi olublar

05-09 dekabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Elm və Təshil Nazirliyinin dəstəyi ilə Baku Expo Mərkəzində SAF (STEAM Azerbaijan Festival) - 2022 STEAM Azərbaycan layihəsi keçirilibdir.
Baku Expo Mərkəzində keçirilən yarışlarda liseyimizin 8c sinif şagirdi Abdullayev Rüstəm və 7c sinif şagirdi Hüseynli Yusif Survivor (Middle school) kateqoriyası üzrə gümüş və bürünc medal qazanıblar.
Şagirdlərimizi təbrik edirik! Uğurlarınız bol olsun!