"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda tədbir

    Bakı şəhəri 291 nömrəli Ekologiya liseyində "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda X və XI sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib.

    Tədbirdə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) rəisi, polis-polkovniki Vaqif Müslümov, , Şəxsi heyətlə iş üzrə köməkçisi polis polkovniki Vəli Abbasov,  Nərimanov RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla bölməsinin rəisi polis polkovnik-leytenantı Ruslan Hüseynov, Nərimanov RPİ-nin Veteranlar şurasının sədri, ehtiyarda olan polis polkovniki Ramiz Məmmədov,  Nərimanov RPİ-nin Veteranlar şurasının sədr müavini, ehtiyatda olan polis polkovniki Eyvaz Nurməmmədov,  Nərimanov RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili və Yetkinlik Yaşına Çatmayanlarla iş bölməsinin əməkdaşları iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Arif Əsədov qonaqları, eləcə də tədbir iştirakçılarını salamladıqdan sonra, narkomaniya ilə bağlı öz fikirlərini söyləyib və bununla bağlı təhsil ocağının direktoru olaraq təhsilalanlara öz tövsiyələrini verib.

    Daha sonra çıxış edən  Nərimanov RPİ-nin  rəisi polis polkovniki Vaqif Müslümov şagirdlərə narkomaniya ilə bağlı ətraflı məlumat verib və narkotikin həyat üçün nə qədər təhlükəli olduğunu onların diqqətinə çatdırıb. Statistkaya əsaslanaraq Nərimanov rayonu ərazisində olan vəziyyət haqqında məlumat verib. Şagirdlərə həmişə iradəli olmağı və pis vərdişlərdən uzaq olmağı tövsiyə edib.

    Sonra şagirdlərə narkomaniya adlı bəlanın dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olunub.

    Tədbirin sonunda liseyin direktoru iştirakçılara öz təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi