Dalğa" bədii qiraət dərnəyinin növbəti hazırlıq məşqləri keçirilmişdir

    09 dekabr 2022- ci il tarixində liseydə fəaliyyət göstərən "Dalğa" bədii qiraət dərnəyinin növbəti hazırlıq məşqləri keçirilmişdir.

    Dərnəyin bugünkü mövzusu Əhməd Cavadın " Azərbaycan bayrağına" şeiri idi. Əvvəlcə Ə.Cavadın istiqlal şairi olması ilə bağlı dərnək üzvlərinə məlumat verildi.
    Şeirin hər bəndində bayrağın qürurla vəsf olunması şagirdlərə izah edildi. Şeirin bu cür izahı şagirdlərin mətni obrazlı və düzgün təqdimetmə bacarığını artırır. Eyni zamanda onlarda bədii qiraətə qarşı marağı daha da artırır.

    İfadəli şəkildə təqdim olunan hər bir şeir nümunələri şagirdlərin nitqinin səlis və aydın olmasına kömək edir. Şagirdin nitqinin səlis olması isə onun öz bacarığının sərbəst şəkildə ifadəsi deməkdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi