Tağı Şahbazi Simurqun "Qayçı" hekayəsinin müzakirəsi
06 dekabr 2022-ci il tarixində "Mütaliə aylığı" çərçivəsində məktəb kitabxanaçısı Rəhimova Səriyyə və Azərbaycan dili və ədəbiyyat müəllimi Tamara Məmmədova 5b sinif şagirdlərinin iştirakı ilə birgə Tağı Şahbazi Simurqun "Qayçı" hekayəsini müzakirə etdilər. Müzakirədə sinif rəhbəri Türkan Qasımova, UBR Atlaz Zeynalova, musiqi müəllimi Gülbəniz Muxtarova və laborant Vüsalə Həsənova iştirak etmişlər.
Müzakirədə şagirdlər həvəslə iştirak etdilər. Şagirdlər hekayədə olan obrazlara öz münasibətlərini bildirdilər.
Uşaq hüquqlarının qorunması və öz hüquqlarının müdafiəsi ilə bağlı qanunları müzakirə etdilər.