“Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri” rəsm müsabiqəsi və sərgisinin açılışı olub

    Noyabrın 14-də "NUR Art House” qalereyasında Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri” rəsm müsabiqəsi və sərgisinin açılışı olub.

    Tədbirdə Milli Məclisin deputatları Musa Urud və Arzu Nağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin sədri Nurlana Hacıyeva, Azərbaycan televiziya aparıcısı Nuran Hüseynov, Nərimanov rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin şagirdləri, KİV nümayəndələri və rəsm həvəskarları iştirak etmişlər.

    “Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri – rəsm müsabiqəsi və sərgisinin təşkili” layihəsinin məqsədi milli-mədəni irs nümunələrinin tanıdılması kimi ümummilli işə töhfə verməkdir.

    Tədbirdə çıxış edən Milli Məclisin deputatı Arzu Nağıyev bu layihənin gözəl bir təşəbbüs olduğunu vurğulayaraq deyib: “Mənim üçün çox xoşdur ki, artıq orta məktəb şagirdləri də bu mövzuya müraciət edirlər. Bu, əslində çox önəmli və mühüm məsələdir. Bu gün hər bir gəncin tərbiyəsində, formalaşmasında Vətəni sevmək və onun tarixini bilmək, həmçinin bu sevgini yaratdığı əsərlərə köçürmək çox mühüm əhəmiyyət kəsb edir. Buna görə təşkilatçılara, təşəbbüskarlara öz təşəkkürümü bildirərək düşünürəm ki, gələcəkdə də belə gözəl layihələr davam etdiriləcək”.

    Qeyd edək ki, layihə 3 mərhələdən ibarət keçirilmişdir: 2 maarifləndirmə tədbiri və sonda yığılmış rəsmlərin sərgisi.

    Tədbirin sonunda layihədə iştirak etmiş məktəblilər təşkilatçılar tərəfindən fəxri fərmanlar ilə təltif olunmuşlar.

    Liseyimizin şagirdləri Məryəm İbrahimzadə və Nərgiz Məmmədova da bu layihədə iştirak etmiş və fəxri fərmanla təltif olunmuşlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi