Dalğa" bədii qiraət dərnəyinin növbəti hazırlıq məşqləri

   02 dekabr 2022-ci il tarixində liseydə fəaliyyət göstərən "Dalğa" bədii qiraət dərnəyinin növbəti hazırlıq məşqləri keçirilmişdir.

   Dərnəyin mövzusu Əhməd Cavadın "Göygöl" şeiri idi. Əvvəlcə şeirin yazıldığı tarix və mövzusu haqqında dərnək üzvlərinə məlumat verildi. Şeirin hər bəndi obrazlı şəkildə izah olundu.

   Şeirdə Göygölün təsviri, eyni zamanda gizli eyhamlarla bayrağın simvollarının təsviri və vəsf olunması şagirlərə izah edildi.

   Şeir nümunələrinin izahlı və qarşılıqlı təhlili şagirdlərdə obrazlı və düzgün oxu bacarığını inkişaf etdirməklə yanaşı, onlarda bədii qiraətə qarşı marağı daha da artırır. İfadəli şəkildə təqdim olunan hər bir şeir nümunələri şagirdlərin nitqinin səlis və aydın olmasına kömək edir. 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi