Stolüstü turnirin qalibləri
01 dekabr 2022-ci il tarixdə “Baku Office Centre”də Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Baku Table Tennis” Klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi Elşən Müslümovun xatirəsinə həsr edilmiş məktəblilər arasında stolüstü tennis üzrə Nərimanov rayon turniri keçirilib.
Turnirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Baku Table Tennis” Klubun rəhbəri Firdovsi Kərimov, Vətən Müharibəsi şəhidi Elşən Müslümovun valideynləri Habil Müslümov və Şövqiyyə Müslümova, digər şəhid ailələrinin üzvləri, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri və məktəblilər iştirak etmişlər.
Çıxış edən natiqlər Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Vətən Müharibəsi şəhidi Elşən Müslümovun xatirəsinin əziz tutulduğunu, hər zaman xalqımızın qəlbində əbədi yaşayacağını qeyd etmişlər. Şəhid ailələrinə və qazilərə göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyi bildirilmişdir. Şəhid ailəsi üzvləri bu diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğı və dəstək xüsusi vurğulanmış, şəhid ailələri bu qayğıya görə ona təşəkkür etmişlər.
Rəsmi çıxışlardan sonra stolüstü tennis turnirinə start verildi. Turnirdə 39 nəfər məktəbli (13 nəfər qız və 26 nəfər oğlan) mübarizə aparmışdır.
Onlardan qızlar arasında I yeri Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun adına 291 nömrəli liseyin şagirdi Nəcəfli Aydan, II yeri Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun adına 291 nömrəli liseyin şagirdi şagirdi Məmmədov Elçin tutmuşlar.
Sonda qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medallar və hədiyyələr ilə təltif olundular, şəhidin ailəsinə isə xatirə diplomu və Azərbaycan Respublikasının Dövlət Bayrağı təqdim edildi.
Şagirdlərimizi təbrik edirik! Uğurlarınız bol olsun!