İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş görüş

    18 noyabr 2022-ci il il tarixində Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin kollektivi  Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, Özbəkistan Turan Elmlər Akademiyasının akademiki, Nyu York Elmlər Akademiyasının üzvü, Parisdə fəaliyyət göstərən "Viktor Hüqonun Dostları" cəmiyyətinin üzvü, Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının akademiki, Almaniyada fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının akademiki, 2019-cu ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının Beynəlxalq qızıl medalına layiq görülmüş, İrəvan ziyalıları ilə bağlı dəyərli tədqiqatların müəllifi, dünya ədəbiyyatı üzrə mütəxəssis, filologiya üzrə elmlər doktoru, professor Əsgər Zeynalov ilə görüş keçirib.

    Görüşü giriş sözü ilə liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Arif Əsədov açıb. O, qonağı salamlayaraq elm və təhsilin yanaşı olduğunu, son elmi tədqiqatların nəticələrinin orta və ali məktəblərdə auditoriyalara, sinif otaqlarına sistemli şəkildə gəlməsinin əhəmiyyətini vurğulayıb.

    Arif Əsədov məhz bunların nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsil haqqında bir neçə sərəncam imzaladığını, elm və təhsil müəssisələrinin qarşılıqlı fəaliyyətinin zəruriliyinin göstəricisi olduğunu, eyni zamanda milli-mədəni dəyərlərimizin, tarixi keçmişimizin hər zaman dövlətin diqqətində olduğunu bildirərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam bunun təzahürüdür.

    Sonra professor Əsgər Zeynalova söz verilib. Əsgər Zeynalov "İrəvan Müəllimlər Seminarıyası" mövzusunda mühazirə oxuyub. O, bu mövzuda tədqiqatlara başlaması, araşdırma zamanı qarşılaşdığı çətinliklər, tədqiqatlarının nəticələrinin xarici ölkələrdə nəşr edilməsi ilə bağlı xatirələrini danışıb. Alim çıxışında İrəvan şəhərinin tarixi, azərbaycanlıların qədim zamanlardan orada yaşaması, İrəvan ziyalıları və onların fəaliyyəti, Seminariyanın tarixi əhəmiyyəti və digər məqamları diqqətə çatdırıb. Alim, ümumiyyətlə, elmi məqalələrin hazırlanması, tədqiqatların aparılması, beynəlxalq indeksli jurnallara çıxış və s. mövzularda da lazımlı məlumatlar verib.  

    Liseyin pedaqoji kollektivi Əsgər Zeynalova onları maraqlandıran məsələlər haqqında suallar verib, müxtəlif mövzularla bağlı fikir mübadiləsi aparılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi