Hərbi Qənimətlər Parkına ekskursiya

    27 noyabr 2022-ci il tarixində liseyinin 8d sinif şagirdləri sinif rəhbəri Xalidə Abdullayevanın rəhbərliyi ilə Hərbi Qənimətlər Parkına ekskursiya etdilər.

    Şagirdlər İkinci Qarabağ müharibəsində qəhrəman ordumuzun düşməndən qənimət kimi əldə etdiyi hərbi texnika ilə tanış oldular.

    Burada 522 hərbi yük maşınının nömrələrinin toplandığı xüsusi lövhənin nümayiş etdirildiyi kompleksdə, həmçinin KUB, OSA zenit raket kompleksləri, 150-dək ağır texnika, T-72 tankları, piyadaların döyüş maşınları, 2S1 qvozdika özüyeriyən artilleriya qurğusu və digər eksponatlar da yer alır. 

    Qənimətlər Parkının hər bir elementi Azərbaycan əsgərinin 44 günlük müharibə zamanı qələbə əldə etmək üçün rəşadət göstərdiyini əks etdirir.

    X.Abdullayeva şagirdlərə əsgərlərimizin döyüş yolu, rəşadəti haqqında geniş məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi