"Bərk məişət tullantılarının idarə edilməsi və tullantıların çeşidlənməsi" mövzusunda tədbir

    25 noyabr 2022-ci tarixində "Bal arıları" ekoklubunun dərnək rəhbəri Mətanət Qasımovanın təşkilatçılığı ilə "Bal arıları"  ekoklub dərnəyində "Bərk məişət tullantılarının idarə edilməsi və tullantıların çeşidlənməsi" mövzusunda tədbir keçirildi. 

    Tədbirin keçirilməsində əsas məqsəd ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etməkdən ibarət idi. Mövzuya uyğun olaraq şagirdlərə slaydlarla geniş məlumat verildi və videoçarxlar göstərildi.

    Şagirdlər mövzu ilə bağlı çox maraqlı ideyalarını söylədilər, onları maraqlandıran suallar cavablandırıldı. Şagirdlərin ideya və bacarıqlarına uyğun olaraq müxtəlif lazımsız plastik qablardan, polietilen torbalardan, kağız və kartondan və digər tullantı məhsullarından istifadə edərək çox maraqlı əşyalar-qələmqabı, gül qabı, gül, fil, tısbağa, ev, qala və sairə düzəltdilər. Polietilen torbaların istehsalının azaldılması və tamamilə istehsalının qadağan edilməsi, onların ekoçantalarla əvəz olunması barədə fikir mübadiləsi apardılar.

    Sonra hər bir şagird  A4 üzərində öz ideyasına uyğun olaraq, ekoçantanın dizaynını verərək, ekoçanta düzəltdilər.
    Bu kimi yaradıcı işlər şagirdlərdə ətraf aləmi daha yaxşı anlamaq, estetik zövqü inkişaf etdirmək, uşaqların bacarıq və qabiliyyətlərini üzə çıxarmaq, onlarda sağlam rəqabət hissi formalaşdırmaq  baxımından əhəmiyyətlidir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi