Uşaqların dispanserizasiyası haqqında görüş

    28 noyabr 2022-ci il tarixində liseyin həkimi Nuriyeva Leyla şagirdlərə uşaqların dispenserizasiyası haqqında məlumat verdi.

    Uşaqların dispanserizasiyası – uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemi olduğunu izah etdi.

    Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməlinin uşaq yaşında qoyulduğunu nəzərə alaraq, uşaqlar arasında xəstəliklərə səbəb olan risk faktorlarının aşkar edilməsi və qarşısının alınması, kəskin və xronik xəstəlikləri olan uşaqların erkən aşkar edilməsi, onların müalicəsi və nəzarətə götürülməsi məqsədi ilə icbari tibbi müayinələrin aparılması, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsi və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti haqqında da məlumat verdi.

    L.Nuriyeva sorğu vasitəsilə uşaqların dispanserizasiya tədbirlərinə cəlb olunması vəziyyəti, dispanserizasiya prosesi çərçivəsində aparılmış müalicəvi və tibbi diaqnostik müayinələrin çeşidi və ardıcıllığını öyrəndi.

    Həmçinin, qeyri-infeksion xəstəliklərin profilaktikası baxımından uşaqlara və onların valideynlərinə sağlam qidalanma, fiziki aktivlik, zərərli vərdişlər və reproduktiv sağlamlıqla bağlı məsləhətlərini verdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi