Uşaqların təhsildən yayınmasının qarşısının alınması" mövzusunda görüş

    25 noyabr 2022-ci il tarixində liseydə "Uşaqların təhsildən yayınmasının qarşısının alınması" mövzusunda X-XI sinif şagirdləri ilə söhbət aparılmışdır. 

    Mövzu ilə bağlı çıxış edən liseyin təşkilat işləri üzrə direktor müavini Zeynəb Qasımova qeyd etdi ki, bu çox aktual mövzudur. Bu gün uşaqların təhsildən yayınması və baxımsızlığı cəmiyyət üçün xoşagəlməz hallara gətirib çıxara bilər. O, qızların təhsildən yayınmasının qarşısının alınması üçün daha ciddi tədbirlərin görülməsinin vacibliyini vurğuladı.

    Əgər qızlarımız təhsil almasa,  geniş dünyagörüşünə malik olmasa, bəs gələcəkdə onların övladlarını kim tərbiyə eder, kim cəmiyyətə hazırlayar? Biz keçmişə qayıtmırıq, gələcəyə doğru inamla gedirik.

    Müzakirədə liseyin təlim-tərbiyə işləri üzrə direktor Sevinc Hüseynova və lisey məsələləri üzrə direktor müavini direktor müavini Günay Çəndərli yaxından iştirak edərək öz fikir və mülahizələrini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi