VI və IX siniflərdə monitorinq keçirildi
24 noyabr 2022-ci il tarixində VI və IX sinif şagirdləri arasında tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə BŞTİ tərəfindən mərkəzləşdirilmiş monitorinq keçirildi.
Monitorinq üç fəndən-ana dili, riyaziyyat və xarici dil fənlərindən şagirdlərə təqdim olundu. Keçirilən monitorinqdə şagirdlərin bilik və bacarıqları yoxlanıldı.