"Reproduktiv sağlamlıq" mövzusunda dərs
25 noyabr 2022-ci il tarixində liseyin biologiya müəllimləri İradə Zöhrabova, Ariz Məmmədov VIII sinif qızları və oğlanları arasında "Reproduktiv sağlamlıq" mövzusunda dərs keçirdilər.
İradə Zöhrabova və Ariz Məmmədov şagirdlərə yeniyetməlik dövrünün xüsusiyyətləri, ailə planlaşdırılması, şəxsi gigiyena qaydaları və s.barədə ətraflı məlumat verməklə yanaşı,repreduktiv sağlamlığın insan üçün fiziki, mənəvi və sosial rifah vəziyyəti olduğunu izah etdilər.
Həmçinin, şagirdlərə insan təkmilləşdikcə reprodukdiv sağlamlığın da inkişaf etməsi barədə söhbətlər apardılar.
Şagirdlərə bu sağlamlığın təməlinin yeniyetməlik dövründən yaranmasını və bütün həyat boyu qorunub-saxlanmasını xüsusilə vurğuladılar.
Dərsdə tərbiyə işləri üzrə direktor müavini Z.Qasımova, psixoloq Dilbər Ağasiyeva və UBR-i Ətlaz Zeynalova da iştirak etdi.