"Azərbaycan dili-milli varlığımızdır" müsabiqəsi
22 noyabr 2022-ci il tarixində liseydə Azərbaycan dili və ədəbiyyatı müəllimi Tamara Məmmədovanın təşkilatçılığı ilə 6a sinif şagirdləri ilə "Azərbaycan dili-milli varlığımızdır" müsabiqəsi keçirdi.
Şagirdlər əvvəlcə Azərbaycan dili haqqında təqdimatla çıxış edərək, müsabiqənin giriş hissəsini açdılar.
Sonra T.Məmmədova müsabiqənin şərtləri ilə şagirdləri və münsiflər heyətini tanış etmişdir.
Müsabiqə müxtəlif sahələri cəmləşdirən dil haqqında 12 sual üzrə davam etmişdir.Suallara düzgün və dəqiq cavab verən şagirdlərin cavablarını münsiflər heyətində əyləşmiş dərs hissə müdirdləri Zeynəb Qasımova, Günay Çəndərli, Uşaq Birliyinin rəhbəri Atlaz Zeynalova, liseyin psixoloqu Dilbər Ağasiyeva I, II, III yerlərin qaliblərini təyin etmişlər.
Sonda münsiflər heyətinin hər bir üzvü çıxış edərək, şagirdlərə bilik və bacarıqlarını Azərbaycan dilinin tarixi, bu günü və gələcək inkişafının qorunması istiqamətində daim inkişaf etdirmələrini tövsiyyə etmişlər. Sinif rəhbəri Ülviyyə Adıgözəlovaya və şagirdlərə müsabiqənin təşkli üçün təşəkkür etmişlər.