Rəsm müsabiqəsi təşkil olunub

   11 noyabr 2022-ci il tarixində liseydə Azərbaycan Respublikası Qeyri Hökümət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri–rəsm müsabiqəsi və sərgisinin təşkili” layihəsinə start verilib.

    “Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri–rəsm müsabiqəsi və sərgisinin təşkili” layihəsinin məqsədi milli və mədəni irs nümunələrinin tanıdılması kimi ümummilli işə töhfə verməkdir. Layihə qədim tariximizin və mədəni irsimizin təbliği baxımından ölkəmizdə görülən işlərə layiqli töhfə verəcəkdir.

    Layihənin ilk günündə 20 nəfər yeniyetmə və gənc iştirak etmişdir.

    Qeyd edək ki, layihə 3 mərhələdən ibarətdir: 2 maarifləndirmə tədbiri, sonda yığılmış rəsmlərin sərgisi keçiriləcək və iştirakçılar sertifikatlar ilə təltif olunacaqlar.

    Bu gün liseydə rəsm musabiqəsinin II turu keçirildi.
    Sərgidə Nərimanov rayon məktəbliləri iştirak edərək, öz rəsm əsərlərini nümayiş etdilər.
    Müsabiqədə liseyimizin 7a sinif şagirdi Məlikov Həmzə və 8b sinif şagirdləri Məryəm İbrahimzadə , Baytallı Dəniz və Məmmədova Nərgiz Zəngəzur abidələrinə həsr olunmuş maraqlı rəsm əsərləri ilə iştirak edirdilər.

     Müsabiqədə iştirak edən şagirdlərimizin rəsm əsərləri yüksək qiymətləndirilərək, III tura vəsiqə qazandı. Şagirdlərimizə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi