Bakı zooparkına ekskursiya

    Noyabrın 10-da  7b sinifinin iştirakı ilə 291 nömrəli Ekologiya liseyinin biologiya müəllimi Sədaqət Əliyeva və sinif rəhbəri Aygün Nəsrullayevanın təşkilatçılığı ilə şagirdlərimiz Bakı zooparkına ekskursiya ediblər.

    Şagirdlər ekskursiyanı böyük maraqla qarşılayıblar. Zoopark VII sinifin mövzu və materiallarına uyğun olduğuna görə bu ekskursiya şagirdlər üçün daha da maraqlı olub.

    Məktəblilər zooparkda müxtəlif heyvan və quşları yaxından görüb. Gördükləri canlılar onları sanki nağıllar aləminə aparıb. 

    Şagirdlər ekskursiyanın onlarda böyük təəssürat yaratdığını bildiriblər.

    Qeyd edək ki, ekskursiya biologiya günləri çərçivəsində təşkil olunan silsilə tədbirlərdəndir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi