12 Noyabr-Konstitusiya Günü
11 noyabr 2022-ci il tarixində liseyinin tarix müəllimi Ziyafət Nəcəfova 6a sinif şagirdləri ilə 12 Noyabr-Konstitusiya Gününə aid açıq dərs keçirib.
Açıq dərsin keçirilməsinin əsas məqsədi Konstitusiyanın mahiyyəti və cəmiyyətdəki rolunu aşkarlamaq, şagirdləri Azərbaycan Respublikasının Konstitusiyanın qısa tarixi ilə tanış etmək, məktəblilərdə tədqiqatçılıq vərdişlərinin və informasiyanı təhlil etmək bacarığını inkşaf etdirmək, şagirdləri ölkənin əsas qanunlarına, Azərbaycan Respublikasının simvollarına, Vətən sevgisinə hörmət ruhunda tərbiyə etməkdən ibarətdir.
Liseyin tərbiyə işləri üzrə direktor müavini Zeynəb Qasımova, direktor müavini Gunay Çəndərli, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Hüseynova açıq dərsdə qonaq qismində iştirak etdilər.
Dərs olduqca maraqlı, rəngarəng keçdi. Şagirdlər dərsin mövzusunu dərindən mənimsədilər.