"Qarabağ Azərbaycandır!" adlı tədbir

04 noyabr 2022-ci il tarixində liseydə Müzəffər Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı şanlı qələbəsini tərənnüm edən "Qarabağ Azərbaycandır!" adlı tədbir keçirildi. Tədbirdə müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər.
Bədii qiraət dərnəyinin üzvləri 6a və 6b sinif şagirdləri şəhidlərimizi rəhmətlə anaraq onların qəhrəmanlıq salnaməsini əks etdirən videoçarxlar nümayiş etdirdilər.
Zəfər qələbəsi ildönümü münasibətilə liseydə təşkil olunan tədbirdə vətənpərvərlik ruhunda şeirlər, mahnılar və "Qarabağ Azərbaycandır! " adlı kompozisiya təqdim olundu.
Məktəbin məzunu və Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun xatirəsi dərnək üzvləri tərəfindən ehtiramla yad edilərək, portreti önünə qərənfillər düzüldü.
Tədbirdə məktəbin direktor müavini Zeynəb Qasımova çıxış etdi. Öz çıxışında şəhidlərimizin qanı yerdə qalmadığını söyləyən müəllimə Zəfər günü münasibətilə şagirdləri də təbrik etdi.
Sonda tədbirin təşkilatçısı yazıçı - şairə Mətanət Ulu Şirvanlı tədbirdə əməyi keçən hər kəsə təşəkkür etdi. Xatirə şəkilləri çəkdirildi.