“Qala” Dövlət Tarix-Etnoqrafiya qoruğuna ekskursiya təşkil olunub

05 noyabr 2022-ci il tarixində liseyin Azərbaycan dili müəllimi Şəlalə Ağacanova 8c sinif şagirdləri və valideynləri ilə birlikdə “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruğuna ekskursiyaya getdilər.
Şagirdlər qoruqdakı arxeoloji abidələr və burada fəaliyyət göstərən muzeylə yaxından tanış oldular.
“Master klass” da iştirak edərək şagirdlər özləri çörək bişirdilər və gildən müxtəlif qablar düzəltdilər.
Şagirdlər ekskursiyadan razı qaldılar və xoş təəssüratlarla qayıtdılar.