8 Noyabr–Zəfər Gününə həsr olunmuş “Dəmir Yumruq” tədbiri

   Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsinin təşkilatçılığı və Hərbi Hava Qüvvələrinin əməkdaşlığı ilə 8 Noyabr–Zəfər Gününə həsr olunmuş “Dəmir Yumruq” adlı silsilə tədbir keçirilib.

    Tədbirin məqsədi uşaq və gəncləri Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüşünü təşkil edərək onlarda vətənə böyük sevgi hissini aşılamaq, vətənpərvərlik ruhunu formalaşdırmaq, öz igidlikləri ilə dastan yazan mərd oğullarımızın xatirəsini yad edərək şücaətlərini gələcək nəsillərə çatdırmaq, müharibədə və qələbəmizdə böyük rolu olan hərbi hava nəqliyyatı, pilotsuz uçan aparatlar – dronlar, radar sistemləri, raketdən müdafiə sistemləri haqqında maarifləndirməkdir.

    Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Birinci və İkinci Qarabağ müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    8 Noyabr–Zəfər Gününə həsr olunmuş tədbirdə Mərkəzin “Cücələrim” ansamblı, “Qavaldaş” ritm qrupu “Zəfər” rəqsi ilə, vokal dərnəyinin üzvləri “Vətəndən pay olmayır” kompozisiyası ilə çıxış ediblər.

    Ardınca Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin mütəxəssisi, rəssam Cavid İlhamın 44 günlük Vətən müharibəsini özündə əks etdirən “Evə qayıdış” animasiya filmi və Hərbi Hava Qüvvələri haqqında video-çarx nümayiş olunub.

    Tədbirdə qonaq qismində N nömrəli h/h-nin şəxsi heyəti, kapitan Səfərov Fikrət Cəfər oğlu, baş leytenant Hacılı Yusif İlham oğlu, baş leytenant Məmmədov Əkbər İdris oğlu, baş leytenant Abbasov Elvin Asəf oğlu, baş leytenant Talıbov Mirrabbas İntiqam oğlu, baş leytenant Abıyev Murad Yusif oğlu, baş leytenant Hümbətov İbrahim Allahverdi oğlu, baş leytenant Həsənov Cavid İlqar oğlu, baş leytenant Yusifli Murad Namiq oğlu, baş leytenant Tağızadə Təbriz Yusif oğlu, baş leytenant Tapdıqlı Sərvər Əlibaba oğlu çıxışları zamanı öz minnətdarlıqlarını bildirərək, qazandığımız qələbədən ətraflı danışıb, belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyətli olduğunu və onlara öz peşələrinin mütəxəssisi olmalarını tövsiyə ediblər.

    Sonda qonaqlar tədbir iştirakçılarının suallarını ətraflı şəkildə cavablandırıblar.

    Qeyd edək ki, tədbirdə 100-ə yaxın Mərkəzin müxtəlif dərnək üzvləri iştirak ediblər. Liseyimiz şagirdləri də tədbirdə iştirak etmişlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi