“İgidlərin var olduqca, Sən də varsan Azərbaycan!” adlı tədbir

    04 noyabr 2022-ci il tarixində Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə Vətən müharibəsində erməni millətçilərinə qarşı savaşda tarixi qələbənin qazanılmasının ikinci ildönümünə həsr olunmuş “İgidlərin var olduqca, Sən də varsan Azərbaycan!” adlı tədbir keçirilib.

    Tədbirdə muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, Vətən müharibəsi qazilərinin məruzə və çıxışları dinlənilib, tarixi günə həsr olunmuş sənədli film nümayiş olunub.

    Tədbirin bədii hissəsi Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin səsləndirdikləri vətənpərvərlik şeirləri ilə davam etdirilib, Azərbaycan ordusunun Həzi Aslanov adına İdeoloji iş və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik mahnıları səsləndirilib və daha sonra onların muzeyə ekskursiyası təşkil olunub.

    Qeyd edək ki, tədbirdə 150-ə yaxın məktəbli, bunlarda 40 nəfər bizim liseyin şagirdləri olub, həmçinin Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Azərbaycan Hərb Tarixi Muzeyinin əməkdaşları iştirak edib və sonda xatirə şəkli çəkdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi