"Erkən nigah" mövzusunda dəyirmi masa keçirildi

   02 noyabr 2022-ci il tarixində liseyin psixoloqu Dilbər Ağasıyeva tərəfindən "Erkən nigah" mövzusunda dəyirmi masa keçirildi.

   Dəyirmi masada məktəbimizin biologiya müəllimi Sədaqət Əliyeva, coğrafiya müəllimi Rəhilə Hacıyeva,  UTBR-i Ətlaz Zeynalova, valideynlər və 9-10-11 sinif şagirdləri iştirak edirdilər.

   Məqsəd şagirdlərimizə dünyada və ölkəmizdə aktuallıq kəsb edən erkən nigahların fəsadlarını aşılamaq, gənclərimizi sağlam cəmiyyətə, sağlam gələcəyə səsləmək, erkən nigahlara yox demək idi.

   Dəyirmi masada təşkil olunan müzakirə çox səmərəli alındı. Şagirdlərimiz öz hüquqlarını anlayaraq, təhsilli olmağa, sağlam ailə qurmağa üstünlük vermələri haqqında öz düşüncələrini söylədilər.

   Yekdilliklə, erkən nigahların mənfi təsirlərini dərk edərək bizim cəmiyyətimizdə bu sosial problemin olmamasını arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi