Stolustu tennis yarışının qalibləri

    02 noyabr 2022-ci il tarixində “Baku Office Centre”də Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Baku Table Tennis” Klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı, şəhid, polkovnik Zaur Nudirəliyevin xatirəsinə həsr edilmiş məktəblilər arasında stolüstü tennis üzrə Nərimanov rayon turniri keçirilib.

    Turnirdə Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid, polkovnik Zaur Nudirəliyevin qızı Pəri Nudirəliyeva, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Baku Table Tennis” Klubun rəhbəri Firdovsi Kərimov, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri və məktəblilər iştirak etmişlər.

    Çıxış edən natiqlər Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Vətən Müharibəsi Qəhrəmanı, şəhid, polkovnik Zaur Nudirəliyevin xatirəsinin əziz tutulduğunu, hər zaman xalqımızın qəlbində əbədi yaşayacağını qeyd etmişlər. Şəhid ailələrinə və qazilərə göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyi bildirilmişdir. Şəhid ailəsi üzvləri bu diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğı və dəstək xüsusi vurğulanmış, şəhid ailələri bu qayğıya görə ona təşəkkür etmişlər.

    Rəsmi çıxışlardan sonra stolüstü tennis turnirinə start verildi. Turnirdə 30 nəfər məktəbli (15 nəfər qız və 15 nəfər oğlan) mübarizə aparmışdır.

    Turnirdə iştirak edən qızlar arasında I yeri liseyimizin 9b sinif şagirdi Nəcəfli Aydan, oğlanlar arasında isə III yeri 9b sinif şagirdi Məmmədov Elçin tutmuşlar.

    Sonda qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, plaket, medallar və hədiyyələr ilə təltif olundular, şəhidin qızına isə xatirə diplomu və Azərbaycan Respublikasının Dövlət Bayrağı təqdim edildi.

    Şagirdlərimizi təbrik edirik! Uğurlarınız bol olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi