"Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi" üzrə təlimat

02 noyabr 2022-ci il tarixində liseydə "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" və "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi" üzrə təlimatlaın müzakirəsi keçirilmişdir.
Müzakirədə liseyin təşkilat üzrə direktor müavini Zeynəb Qasımova, Azərbaycan dili və ədəbiyyat müəllimi Tamara Məmmədova, Azad Həmkarlar komitəsinin Səadət Kərimova, XI sinif şagirdləri M.Nəzərova, A.Ramazanova, Z.Tağıyeva və bir qrup valideynlər iştirak etmişlər.
Liseyin təşkilat üzrə direktor müavini Zeynəb Qasımova öz çıxışını hər iki təlimatın vaxtında hazırlanmış sənəd olduğunu qeyd etdi. Z.Qasımova onu da vurğuladı ki, bu təlimat olmadan şagirddən və yaxud valideyndən hər hansı vəzifəsinin yerinə yetirmək üçün nəyisə tələb etməkdə çətinlik edirdik. Bu təlimat bizim işimizin hərtərəfli inkişafına müsbət təsir göstərəcəkdir.
Təlimatla bağlı həm müəllimlər, həm valideynlər, həm də şagirdlər öz maraqlı fikir və təkliflərini söylədilər.
Qeyd edək ki, liseyin direktoru filologiya üzrə fəlsəfə doktoru Arif Əsədov başqa qrup müəlim, şagird və valideynlərlə sözügedən təlimatın müzakirəsini keçirmişdir.