"Sudoku" intellektual oyun yarışması

31 oktyabr 2022-ci il tarixində Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsi dərnək üzvləri və şəhər məktəbliləri arasında "Sudoku" intellektual oyun yarışması təşkil edib. Oyun IV-V sinif şagirdləri arasında keçirilib. Yarış S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında keçirilib.
Qeyd edək ki, yarışda 65 nəfər iştirak edib.
Qaydalara əsasən, hər iştirakçıya 3 Sudoku cədvəli və 45 dəqiqə zaman verilib. Yarışın gedişatına Mərkəzin İntellektual inkişaf şöbəsinin şöbə müdiri Alik Məmmədov, metodistləri Samirə Əliyeva və Elçin Eminov, baş mütəxəssis Məmmədəli Həsənov və mütəxəssis Mətanət Qasımova nəzarət ediblər.
Liseyimiz şagirdləri də bu yarışmada iştirak etmişlər.